...

Əfqanıstanın sabiq xarici işlər naziri də Bakıya gəlir

Siyasət Materials 22 Aprel 2015 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzayi və sabiq xarici işlər naziri Rangin Dadfar Spantanın Azərbaycana səfəri 26-29 aprel tarixlərində baş tutacaq.

Əfqanıstanın Bakıdakı səfiri Mohammad Taqi Xalilinin Trend-ə verdiyi məlumata görə, qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun əməkdaşlığı çərçivəsində 27-29 aprel 2015-ci il tarixlərində Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak məqsədilə Bakıya səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti