...

İsmayıl Alper Coşqun: Türkiyə və Azərbaycanın ortaq tarixinə qarşı qaralama kampaniyası aparılır

Siyasət Materials 24 Aprel 2015 12:09 (UTC +04:00)
Bu gün Çanaqqala savaşı mövzusunda keçirilmiş ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
İsmayıl Alper Coşqun: Türkiyə və Azərbaycanın ortaq tarixinə qarşı qaralama kampaniyası aparılır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Çanaqqala savaşı mövzusunda keçirilmiş ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunan müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, səfirliyin əməkdaşları və qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən səfir bildirib ki, Türkiyə və Azərbaycan arasındakı dostluq münasibətləri bu gün ən yüksək səviyyədədir.

Çanaqqala zəfəri haqqında danışan İ.A.Coşqun vurğulayıb ki, iki dövlətin prezidentləri, o cümlədən iki ölkənin xalqları arasında əlaqələr bu gün özünün ən yüksək mərhələsindədir: "Bu gün həm də bizim ortaq tariximizə qarşı qaralama kampaniyası aparılır. Buna görə də dərdlərimizi birlikdə dünyaya çatdırmalıyıq. Qaralama kampaniyasına təəssüf edirik, amma dünyaya küsmədən, həqiqəti tarixi faktlarla sübut edəcəyik. Türkiyə prezidenti və baş nazirinin açıqlamaları buna örnəkdir. Bu məsələni obyektiv şəkildə araşdırmaq istəyənlər varsa buyursunlar, biz buna hər zaman hazırıq".

Səfir əlavə edib ki, bu müsabiqə iki xalqın arasındakı əlaqələrə bir töhfədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti