...

Ərdoğan: "Çanaqqala sülh mesajı baxımından bütün xalqlara örnək olmalıdır"

Siyasət Materials 24 Aprel 2015 18:46 (UTC +04:00)
"Çanaqqala sülh mesajı baxımından bütün xalqlara örnək olmalıdır". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan: "Çanaqqala sülh mesajı baxımından bütün xalqlara örnək olmalıdır"

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

"Çanaqqala sülh mesajı baxımından bütün xalqlara örnək olmalıdır". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, 100 il əvvəl Gelibolu yarımadasında vətənlərini, şərəflərini qoruyan əsgərlər cəsarətlə ölümün üzərinə getdilər: "Dünyanın dörd bir tərəfindən gələn əsgərlər də əzm və cəsarətlə döyüşdülər. Hər birini ehtiramla yad edirik. Çanaqqala savaşı xalqların ortaq hafizəsində yer alıb. Çanaqqala həm qələbəmizin simvolu, həm də böyük itkilərimizin olduğu bir məkandır. Ona görə də Çanaqqala haqqında türkülər bu gün də yaşayır. Bizim vəzifəmiz yeni müharibələrin yaşanmaması, gənclərin arzuları məzara gömülmədən üzərimizə düşənləri yerinə yetirməkdir. Mən burada hər birimizin adından sülhün bütün dünyaya hakim olması uğrunda iş görməkdə qərarlı olduğumuzu bir daha bəyan edirəm".

R.T. Ərdoğan bildirib ki, Birinci Dünya müharibəsinin sarsıdıcı izləri hələ də qalır: "Çanaqqala döyüşü bu savaşda iştirak etməyən xalqların da taleyinə təsir etdi. Bu savaşın dolayısilə təsir etdiyi xalqların nümayəndələri də bu mərasimə qatılıblar. Bütün dünyaya sülh mesajı vermək baxımından Çanaqqalanın, Gelibolunun çox münasib yer olduğunu düşünürəm. Çünki bu döyüşün özündə də humanist mesajlar olub".

Türkiyə Prezidenti qeyd edib: "Çanaqqalanın yeni düşmənlər qazanmaq deyil, sülh mesajı baxımından bütün xalqlara örnək olmasını istəyirik. Terrorizmin, irqçiliyin, islamofobiyanın çarəsi buradadır. Biz bu yüz ili sülh əsrinə çevirmək üçün hər cür əməkdaşlığa hazırıq. Çanaqqalada döyüşmüş hər bir qəhrəmanın ruhu qarşısında ehtiramla baş əyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti