...

Prezident İlham Əliyev və xanımı UNESCO-nun baş direktorunu qəbul ediblər

Siyasət Materials 17 May 2015 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər.

Trend-in məlumatına görə, görüşdə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirildi. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edildi. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti