...

Prezident İlham Əliyev "Tikinti obyektlərinin sökülməsi Qaydaları"nı təsdiq etdi

Siyasət Materials 22 May 2015 20:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev "Tikinti obyektlərinin sökülməsi Qaydaları"nı təsdiq etdi

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Tikinti obyektlərinin sökülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Dövlət başçısı, həmçinin "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti