...

MDB ölkələri 2020-ci ilədək Silahlı Qüvvələrin inkişaf konsepsiyasını hazırlayıblar

Siyasət Materials 27 May 2015 16:37 (UTC +04:00)
MDB ölkələri Silahlı Qüvvələrinin Baş qərargahları 2020-ci ilədək milli silahlı qüvvələrin inkişaf konsepsiyasını hazırlayıblar.
MDB ölkələri 2020-ci ilədək Silahlı Qüvvələrin inkişaf konsepsiyasını hazırlayıblar

Azərbaycan, Bakı, 27 may /Trend/

MDB ölkələri Silahlı Qüvvələrinin Baş qərargahları 2020-ci ilədək milli silahlı qüvvələrin inkişaf konsepsiyasını hazırlayıblar. Konsepsiya bu ilin payızında qəbul oluna bilər. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov xəbər verib.

V.Gerasimov Baş qərargah rəisləri komitəsinin iclasının yekunlarına həsr edilmiş görüşdə bildirib: "2015-ci ilədək Birlik ölkələrinin Silahlı Qüvvələrinin 2010-cu ildə qəbul edilmiş inkişaf konsepsiyasının həyata keçirilməsi ilə bağlı yekunları nəzərdən keçirdik. 2015-2020-ci illər üçün növbəti konsepsiyanın əsas müddəaları hazırlanıb. Bütün mövqelər razılaşdırılıb və ümid edirik ki, payızda MDB ölkələrinin Dövlət Başçıları Şurasında bu konsepsiya qəbul ediləcək".

Onun sözlərinə görə, iclasda, həmçinin MDB ölkələri silahlı bölmələrinin səhra, hava, dəniz hazırlığı üzrə yarışlarda qoşunların iştirakı məsələsinə baxılıb. Bu təlimlər Rusiya, həmçinin digər Birlik ölkələrinin ərazilərində keçiriləcək.

Komitənin işində Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyəti iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti