...

Dövlət Departamenti: Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq edir

Siyasət Materials 20 İyun 2015 15:26 (UTC +04:00)
Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq edir və Qafqazı insan, pul və digər vasitələrin daşınması üçün istifadə etməyə səy göstərən qüvvələrə qarşı mübarizə aparır.
Dövlət Departamenti: Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq edir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-la sıx əməkdaşlıq edir və Qafqazı insan, pul və digər vasitələrin daşınması üçün istifadə etməyə səy göstərən qüvvələrə qarşı mübarizə aparır. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlt Departamentinin terrorçuluqla mübarizə üzrə hesabatında deyilir.

Hesabatda deyilir ki, Azərbaycan terrorçuluqda iştirak edən şəxsləri təqib etməklə səylərini terrorçuluqla mübarizəyə kökləyib: "Azərbaycan xaricdəki münaqişə zonalarından ölkəyə qayıdan şəxslərə qarşı cəza tətbiq edir. Ölkədə həmçinin terrorçuluqla mübarizə haqqında qanuna dəyişikliklər edilib, muzdlu qismində xaricdə terrorçuluq fəaliyyətində iştiraka görə cəza sərtləşdirilib".

Sənədddə qeyd edilir ki, Azərbaycan məlumat mübadiləsini davam etdirmək, xarici terrorçuların İraq və Suriyaya axınının və ekstremist qrupların qanunsuz maliyyələşdirilməsinin qarşısını alaraq İŞİD-ə qarşı mübarizə aparmağa hazır olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti