Prezident İlham Əliyev: İslam həmrəyliyi daha da möhkəmlənməli və müsəlman ölkələri bir-birinə daha böyük dəstək verməlidir

Prezident İlham Əliyev: İslam həmrəyliyi daha da möhkəmlənməli və müsəlman ölkələri bir-birinə daha böyük dəstək verməlidir

Azərbaycan, Bakı, 22 iyun /Trend/

İyunun 22-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib.

Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: "Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Bizim görüşlərimiz Ramazan ayında ənənəvi xarakter daşıyır və sizi görməyimə çox şadam. Xahiş edirəm ki, mənim səmimi salamlarımı və xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız".

Dövlət başçısı qeyd edib ki, təmsil etdikləri ölkələrlə Azərbaycanın çox sıx əlaqələri var: "Biz ikitərəfli formatda gözəl əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Biz maraqlıyıq ki, müsəlman ölkələri ilə siyasi, iqtisadi əlaqələrimiz, mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etsin. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bizim əməkdaşlığımız çox yüksək səviyyədədir. Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz daha da inkişaf edir. Aprel və may aylarında Ciddədə və Bakıda təşkilatın baş katibi ilə mənim görüşlərim olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını qeyd edir, Azərbaycanda gedən işlərə çox yüksək qiymət verir. Biz də təşkilatın fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək".

Prezidentin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir: "Xüsusilə, ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etmişdir. Bu dəstəyə görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm".

İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir: "Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, bir milyondan çox azərbaycanlı öz doğma torpağından qaçqın və köçkün vəziyyətinə düşmüşdür, xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb, yerlə-yeksan edilib. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə-yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Ermənistan isə beynəlxalq hüquq normalarını kobudcasına pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq, ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət bərpa olunacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".

Dövlət başçısı vurğulayıb ki, keçən bayramdan ötən dövr ərzində ölkəmizin həyatında çox əlamətdar hadisə baş verib: "Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilmişdir. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilmişdir. O, bir memarlıq əsəridir. Dünyanın ən yeni məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni, bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir. Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək. İki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, bu Oyunlar bütün müsəlman ölkələrini biri-biri ilə daha da sıx birləşdirəcək.

Hörmətli səfirlər, sizi bir daha salamlayır və sizə fəaliyyətinizdə uğurlar arzu edirəm".

İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak çıxış edərək deyib: "Cənab Prezident, bu gün bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu, bizim üçün artıq ənənəyə çevrilib. Bu görüş bizi çox sevindirir. İlk növbədə, icazə verin, həmkarlarım - İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri adından Sizə müqəddəs Ramazan ayı münasibətilə təbriklərimi çatdırım. Ulu Tanrıdan bu ayın Sizə, Azərbaycana və bütün İslam dünyası ölkələrinə sülh, firavanlıq və inkişaf gətirməsi üçün dualar edirik. Həmçinin fürsətdən istifadə edərək Sizi birinci Avropa Oyunları və iki ildən sonra keçiriləcək İslam Həmrəylik Oyunları münasibətilə təbrik etmək istərdim.

Cənab Prezident, icazə verin, qeyd edim ki, bu möhtəşəm Oyunlara ev sahibliyi etməklə Azərbaycan dünyaya özünü sülhsevər ölkə kimi təqdim etdi. Cənab Prezident, bu şərafətli ayda biz müqəddəs Ramazanın mənəvi dəyərlərini nümayiş etdiririk. Sizin də artıq qeyd etdiyiniz kimi, biz İslam həmrəyliyinə və birliyinə töhfələr veririk. Çünki bizim - İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin çox böyük yeraltı, yerüstü təbii sərvətləri və əhalisi var. Təbii ki, bu müqəddəs Ramazan ayında biz əsas məsələmiz olan Fələstinin timsalında İslam faciəsini xatırlayırıq. Ölkələr arasında birliyin olmaması səbəbindən Fələstin hələ də işğaldan əziyyət çəkir. Bu müqəddəs ayda biz, həmçinin Dağlıq Qarabağ faciəsini, Azərbaycanın bu mühüm hissəsinin onun əlindən necə alındığını xatırlayırıq. Sizin də qeyd etdiyiniz kimi, bu, bütün regionda sülh və təhlükəsizlik üçün real təhdidə çevrilib. Bu ayda biz, həmçinin əksər müsəlman ölkələrində əziyyət çəkən qaçqın və məcburi köçkünləri xatırlayırıq. Bu ayda biz Tanrıya onların probleminin həlli və evlərinə qayıtmaları üçün dualar edirik.

Cənab Prezident, bu müqəddəs ayda biz, həmçinin İƏT səfirləri olaraq Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını və məcburi köçkünlərin evlərinə qayıtmalarını və bununla bağlı müvafiq beynəlxalq qətnamələrin yerinə yetirilməsini istəyirik. Cənab Prezident, mən və həmkarlarım Sizinlə eyni hissləri paylaşırıq. Avropa Oyunlarının möhtəşəm açılışı bizi heyrətləndirdi. Oyunlar hərtərəfli və mükəmməl təşkil olunub. Biz Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsini səbirsizliklə gözləyirik. Biz İƏT-in üzvləri kimi bu Oyunlarda iştirak etmək həvəsindəyik. Bu Oyunlara ev sahibliyi etməklə Azərbaycan bir daha özünü Şərq ilə Qərb arasında körpü kimi təqdim etdi. Azərbaycan, həmçinin özünü Şərq ilə Qərbin sevgi və sülh körpüsü, tolerantlıq, başqalarını qəbul etmək, terrorizmlə və terrorçularla mübarizə nümunəsi kimi təqdim etdi. İnşallah, hər haqq-ədalət Azərbaycanın tərəfində olacaq.

Cənab Prezident, bu müqəddəs ayda Azərbaycan xalqına və hökumətinə səmimi salamlarımızı və hörmətimizi çatdırmaq istərdik. Təşəkkür edirik".

Sonda xatirə şəkli çəkdirildi.

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
Karantin rejimini pozan Rəşad Dağlı məsuliyyətə cəlb edildi
Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyevin Hacıqabula səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Havada toz dumanı müşahidə olunur
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib
AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər
Maliyyə Nazirliyi “Sovetski” adlanan ərazidə yaşamış bir qrup sakinin iddialarına münasibət bildirib
İtkin düşən daha 2 hərbi qulluqçumuzun nəşi tapılaraq ailəsinə təhvil verilib
Vətən müharibəsində itkin düşən hərbçilərin sayı açıqlanıb
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib (FOTO/VİDEO)
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq
Aprelin 21-nə USD/AZN rəsmi məzənnəsi
Bir sıra ölkələrdən Azərbaycana quş və quş ətinin gətirilməsi qadağan edildi
Ermənistan 10 noyabr bəyanatının iqtisadi və nəqliyyat əlaqələrinin canlandırılması ilə bağlı bəndinə əməl etmir - "Azernews"
Kunio Mikuriya: Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində atdığı addımları alqışlayırıq (FOTO)
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdi
Bu ilin ilk rübündə ƏƏSMN-in e-xidmətlərinə 3,5 milyon müraciət qeydə alınıb
Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq
Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı
“Enactus Azərbaycan Yaz Məktəbi” layihəsi baş tutub (FOTO)
Abşeron yarımadasındakı göllərin abadlaşdırılmasına iş adamları cəlb ediləcək
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum oldu
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib
Bu il çaylara 6,3 milyon balıq buraxılacaq - Nazirlik
Bakıdakı kanalizasiya şəbəkələrinin təxminən 50-55 faizi mərkəzləşdirilməyib - Agentlik sədri
Bakı Avro-2020-nin daha çox matçını qəbul edə bilər
ETSN Bakıda ağac kəsilməsi ilə bağlı prokurorluğa müraciət edəcək
Clarivate Analytics şirkəti müəllimlərimiz üçün növbəti vebinar keçirib
Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq
İsmayıllıda məclis keçirilməsinin qarşısı alınıb
Maştağada 9 obyektin su təchizatı şəbəkəsinə qanunsuz qoşulması aşkarlanıb
Angela Merkel Qarabağdan danışdı
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (FOTO)
Hər zaman partlamağa hazır bomba: Ermənistanın “Metsamor” təhdidi
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycan-Türkiyə İş Adamları Forumu keçirilib (FOTO)
Zəngilanda Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Pakistan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir - HDQ komandanı
Prezident İlham Əliyev Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib (FOTO)
Güclü külək əsəcək - Xəbərdarlıq
İsrailli jurnalistlər Füzulidə ermənilərin tövləyə çevirdiyi Karvansarayda olublar (FOTO)
Prezident İlham Əliyev Hacıqabulda "Qarasu" yarımstansiyasının istismara verilməsi tədbirində iştirak edib (FOTO)
UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir
İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb
Könül Nurullayeva Pakistanın nüfuzlu mətbu orqanında post-münaqişə dövrünün reallıqlarını əks etdirən məqalə ilə çıxış edib
Azərbaycanda qızıl ucuzlaşıb
Sabah 30 dərəcəyədək isti olacaq, külək əsəcək
Minaya düşüb gözlərini və ayağını itirən agentlik əməkdaşı: O ərazilərə icazəsiz getməyin - Trend TV-nin REPORTAJI
Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib
Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb
“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib
İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın NEXI şirkəti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
9 minə yaxın şəxs poliklinikada, 4 əlil isə evində peyvənd olunub - Şöbə müdiri
Əfqanıstanda qubernatorun iqamətgahında partlayış törədilib
C.Naxçıvanski adına hərbi liseydə ilk möhtəşəm yubiley tədbiri keçirilib (FOTO/VİDEO)
Bakı Ali Neft Məktəbində “Post-COVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar (FOTO)
BNA tanınmış reperə vəzifə verilməsi məsələsinə aydınlıq gətirdi
Bu il Azərbaycana gələnlərin sayı açıqlanıb
Paşinyan iki nazir müavinini vəzifədən azad edib
Bir sıra tibb müəssisələrində yoxlamalar başlanıldı (FOTO/VİDEO)
Məcburi köçkün məktəblərinin dislokasiyası tez-tez dəyişir - Təhsil Nazirliyi
Prezident İlham Əliyev Hacıqabulda "Aqro Dairy" MMC-nin aqroparkının təqdimatında iştirak edib (FOTO)
Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib (FOTO)
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib (FOTO)
AFFA Super Liqanın yaradılmasına münasibət bildirdi
“Rabitəbank” ilin birinci rübünü 3,5 mln mənfəətlə tamamladı (FOTO)
Balaxanı Sənaye Parkının rezidenti beynəlxalq mükafata layiq görülüb (FOTO)
Aptekonline.az-da "Biolane" brendinin seçilmiş məhsullarına möhtəşəm ENDİRİM!
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Birinci sinfə qeydiyyat bu tarixdən başlanılır
Nobel Oil Services Direktorlar Şurasını daha da gücləndirib
Azərbaycan Türkiyədən mebel idxalını artırıb
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib (FOTO/VİDEO)
Türkiyə şirkətləri Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini hazırlayır
Kürdəmirin həbsdə olan icra başçısının işi məhkəməyə göndərildi
Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub
İsrailli jurnalistlərin Qarabağ səfəri davam edir (FOTO)
Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq
Cəlilabadda avtoxuliqanlar saxlanılıb
Ağsuda vətəndaşları əlillik düzəltmək adı ilə aldadan şəxs saxlanıldı
Avronest Parlament Assambleyasının komitə iclası keçirilib
Xaçmaz polisi narkotik becərən şəxsi yaxalandı
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudatda ərzaq sovqatı paylanılıb (FOTO)
Azərbaycan nefti bahalaşır
Nazirlik növbəti “fişinq” hücumu barədə xəbərdarlıq edib
"Qarabağ" yatağı ilə bağlı yekun qərar nə vaxt veriləcək? - SOCAR-dan açıqlama
Evdən çıxan daha 7 koronavirus xəstəsi saxlanıldı
Ötən gün 26 yanğından 9 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb
Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb - Tarixçi
Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək - DSMF
Ustanı cərəyan vuraraq öldürüb
Bərdədə koronavirusa yoluxan həkim küçədə saxlanıldı
“Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb (FOTO)
Aprelin 29-30-da keçiriləcək imtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanılıb
Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Bütün xəbərlər