Erməni müxalifətçi Azərbaycana sığındı

Siyasət Xəbər 17 Sentyabr 2015 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

Trend xəbər verir ki, V.Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı" təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycan Respublikasından siyasi sığınacaq istəyib.

Bununla əlaqədar Vaan Emilyeviç Martirosyan Bakıda mətbuat konfransı keçirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti