...

Milli Məclisə ayrılan vəsait azaldıldı

Siyasət Materials 14 Oktyabr 2015 17:14 (UTC +04:00)
Milli Məclisin xərclər smetasının layihəsi bu gün keçirilən iclasda təsdiq edilib.
Milli Məclisə ayrılan vəsait azaldıldı

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin xərclər smetasının layihəsi bu gün keçirilən iclasda təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin 2016-cı ildə xərclər smetası 22 745 955 manat təşkil edəcək.

Parlamentin İşlər İdarəsinin müdiri Firudin Hacıyev deyib ki, bu, 2015-ci illə müqayisədə 1 061 189 manat azdır.

O bildirib ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb.

F.Hacıyev, həmçinin hökumətdən sabiq deputatların birillik əməkhaqlarının ödənilməsi üçün 450 min manat ayrılmasına yardım edilməsini xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti