...

Pedro Aqramunt: Azərbaycan-AŞ PA münasibətlərində problem yoxdur

Siyasət Materials 2 Noyabr 2015 15:51 (UTC +04:00)
Azərbaycan və Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ikitərəfli əməkdaşlığı dərinləşdirməlidirlər.
Pedro Aqramunt: Azərbaycan-AŞ PA münasibətlərində problem yoxdur

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ikitərəfli əməkdaşlığı dərinləşdirməlidirlər. Bunu Trend-ə 2016-cı ilin yanvarından AŞ PA-ya rəhbərlik edəcək ispaniyalı diplomat Pedro Aqramunt deyib.

Onun sözlərinə görə, Azərbaycan AŞ PA-nın bərabərhüquqlu üzvüdür: "Bizim qarşılıqlı münasibətlərimizdə heç bir problem yoxdur. Əməkdaşlığımızı daha da möhkəmləndirməyə çalışacağıq".

P.Aqramunt noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərində AŞ PA müşahidə missiyasının üzvü olub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti