...

Milli Məclisin komitələrinə yeni sədrlər seçildi

Siyasət Materials 24 Noyabr 2015 14:57 (UTC +04:00)
Milli Məclisin V çağırış sessiyasının bu gün keçirilən birinci iclasında parlamentin komitələrinə yeni sədrlər seçilib.
Milli Məclisin komitələrinə yeni sədrlər seçildi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin V çağırış sessiyasının bu gün keçirilən birinci iclasında parlamentin komitələrinə yeni sədrlər seçilib.

Trend-in məlumatına görə, həmçinin bir neçə yeni komitə yaradılıb.

Səsvermə nəticəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinə Ziyafət Əsgərov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə Valeh Ələsgərov, Elm və təhsil komitəsinə İsa Həbibbəyli, Mədəniyyət komitəsinə Rafael Hüseynov, İnsan hüquqları komitəsinə Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinə Hadı Rəcəbli, Aqrar siyasət komitəsinə Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə Ziyad Səmədzadə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, yeni yaradılan Səhiyyə komitəsinə Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinə Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinə Siyavuş Novruzov, Gənclər və idman komitəsinə isə Fuad Muradov sədr seçilib.

Bununla da beşinci çağırış Milli Məclisin birinci iş günü başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti