...

Əfqanıstan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 22 Dekabr 2015 15:50 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 22-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə gül dəstələri qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti