...

Novruz Məmmədov: Azərbaycan İran üzərindən bir sıra sanksiyaların götürülməsini alqışlayır

Siyasət Materials 18 Yanvar 2016 12:59 (UTC +04:00)
Azərbaycan uzun müddət aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən Qərbin İran üzərindən bir sıra sanksiyaları götürməsini alqışlayır.
Novruz Məmmədov: Azərbaycan İran üzərindən bir sıra sanksiyaların götürülməsini alqışlayır

Bakı. Trend:

Azərbaycan uzun müddət aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən Qərbin İran üzərindən bir sıra sanksiyaları götürməsini alqışlayır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov açıqlamasında deyib.

PA rəsmisi qeyd edib ki, biz, ümumiyyətlə, dövlətlərarası münasibətlərdə müxtəlif səbəblərlə ölkələrə qarşı sanksiyaların tətbiq edilməsinin uğurlu və ədalətli addım olmadığını düşünürük: "Sanksiyanın nəticələri bütün hallarda onun tətbiq olunduğu ölkənin əhalisinin yükünə çevrilir. Bu, eyni zamanda, müasir beynəlxalq aləmdə dövlətlərarası, silizasiyalararası anlaşmaya, dialoqa və əməkdaşlığa mane olur, istər-istəməz müəyyən gərginlik yaradır. İran İslam Respublikası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev hələ 2006-cı ilin aprelində Vaşinqtona ilk rəsmi səfəri zamanı Ağ Evin qarşısında jurnalistlərlə brifinqdə sanksiyaların tətbiqinə etiraz edərək bəyanat vermişdi."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti