...

AŞ PA prezidenti Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Fevral 2016 12:35 (UTC +04:00)
AŞ PA prezidenti Pedro Aqramunt fevralın 29-da Azərbaycana səfər edəcək.
AŞ PA prezidenti Azərbaycana səfər edəcək  (ƏLAVƏ OLUNUB)

Bakı. Anaxanım Hidayətova. Yelena Kosolapova - Trend:

AŞ PA prezidenti Pedro Aqramunt 29 fevral - 1 mart tarixində Azərbaycana səfər edəcək. Bunu Trend-ə Avropa Şurasının ofisindən deyiblər.

O, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də yüksək səviyyədə bir sıra görüşlər keçirməyi planlaşdırır.

Görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi müzakirə olunacaq.

Həmçinin, AŞ PA-dakı Azərbaycan nümayəndə heyəti, diplomatik ictimaiyyət və QHT nümayəndələri ilə görüşlər planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti