Nərgiz Paşayeva: Şərqdə, müsəlman dünyasında ilk demokratik Respublika Azərbaycanda yarandı

Nərgiz Paşayeva: Şərqdə, müsəlman dünyasında ilk demokratik Respublika Azərbaycanda yarandı

Bakı. Trend:

Professor Nərgiz Paşayeva Londonda Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri ilə növbəti görüş keçirib.

Martın 3-də Londonda, Böyük Britaniya parlamentinin Lordlar palatasının yüksək səviyyəli tədbirləri keçirilən və İngiltərənin keçmiş Baş naziri Aleksandr Duqlas-Hyumun şərəfinə "Hоme Room" adlandırılan məşhur zalda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadan olan həmsədri, Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord German bərabər dəyirmi masa keçiriblər.

Tədbirdə Britaniya parlamenti Lordlar Palatasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər, jurnalistlər, alimlər, məşhur Britaniya tarixçisi, yazıçı-ssenarist, BBC telekanalında və radiolarda aparıcı kimi çalışmış, ssenaristlər Gildiyasının mükafatı ilə təltif edilmiş, bir çox elmi-fəlsəfi kitab və əsərlərin müəllifi xanım Bettani Hyuz (Bettany Hughes), Britaniya Parlamenti Lordlar Palatasının üzvləri Lord Qrin (Lord Green), baronessa Endryus (Baronnes Andrews), baronessa O'Kahoyn (Baronnes O'Koxoynu), Oxford Universitetinin Şərqşünaslıq İnstitunda iki il əvvəl yaradılmış Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, şərqşünas-alim, institutun aparıcı professoru Robert Hoyland iştirak ediblər.

Xanım Bettani Hyuz "Qədim və Yeni Tarix" sahəsində dünyada tanınmış ekspert, bu yaxınlarda BBC 2 telekanalında böyük uğurla nümayiş etdirilən Budda, Konfutsi və Sokrat haqqındakı sənədli filmlərin ssenari müəllifidir. Bettani Hyuz tənqidçilər tərəfindən yüksək qiymətləndirilən qədim Yunanıstan haqqında iki kitabın müəllifidir.

Onun "Troyalı Yelena: ilahə, çariça, yolunu azmış qadın" adlı kitabı 10 dilə tərcümə olunub. "Sikuta fincanı: Sokrat, Afina və gözəl həyat axtarışı" adlı digər əsəri Radio BBC 4-də "həftənin kitabı" olub, o, Nyu-York Times qəzetinin reytinqində ən yaxşı satış siyahısına daxil olub və bir neçə nəşrlər tərəfindən həmin kitab "ilin kitabı" elan edilib.

Bettani Hyuz National Geographic, BBC, Discovery Channel, PBS, History Channel və Channel 4 kanallarında nümayiş etdirilən qədim və müasir tarixi hadisələrə həsr olunan çoxseriyalı sənədli filmlərin ssenari müəllifidir. Onun televiziyadakı fəaliyyəti yüksək qiymətləndirilib. 2009-cu ildə təhsillə bağlı televiziya proqramlarının yayımındakı uğurlu fəaliyyətə görə Bettani Hyuz Naomi Sargeant Special Award mükafatına layiq görülüb. 2010-cu ildə qədim Yunan mədəniyyətinin tədqiqi sahəsindəki nailiyyətlərinə görə ona Yunanıstanın mədəniyyət departamentinin xüsusi mükafatı təqdim olunub. 2012-ci ildə isə, bu sahədəki uğurlu işinə görə Tarixçilər Assosiasiyası onu Norton Medlicott Award mükafatı ilə təltif edib.

Xanım Hyuz artıq uzun illərdir ki, dövlət məktəblərində latın və yunan dillərinin tədrisinin təbliği ilə məşğul olan "İris Project" təhsil və xeyriyyə cəmiyyətinin himayədarıdır. O, həmçinin Şərq və Qərb arasında birgə layihələrin həyata keşirilməsi işi ilə məşğul olan Elm, Texnologiya və sivilizasiya Təşkilatının müşaviridir.

Baronessa Endryus leyboristlər partiyasının üzvü və ömürlük per titulunun sahibidir. O, İngiltərə irsi "English Heritage" Dövlət Komissiyasının sədri olub (bu cəmiyyətin ilk qadın rəhbəri olub). 2000-ci ildə o, Şərqi Sasseks qraflığının Sautoverdən olan baronessa Endryus kimi ömürlük per tituluna layiq görülüb.
1998-ci ildə o, Britaniya imperiyası ordeni ilə təltif olunub.

Lord Stiven Qrin (Lord Green) McKinsey & Co Inc şirkətinin nümayəndəsi kimi (menecment-konsalting şirkəti) Avropa və Şimali Amerikada işləyib. HSBC Holdings Plc şirkətinin icraçı direktoru olub. 2010-cu ildə o, Qərbi Sasseks qraflığının Herstpirpointdən olan Baron Qrin kimi ömürlük per tituluna layiq görülüb. 22 noyabr 2010-cu ildə Lordlar Palatasının üzvü olub.

Baronessa O'Kahoyn (Baronnes O'Koxoynu) bir çox şirkətlərə rəhbərlik edib. 1993-ci ildə o, Britaniya imperiyası ordeni ilə təltif olunub.

1991-ci ildə o, Barbikandan olan Baronessa O'Kahoyn kimi ömürlük per tituluna layiq görülüb. Bu vaxtdan o, Lordlar Palatasının üzvüdür. O, Konstitusiya və iqtisadi əlaqələr Komitələri də daxil olmaqla, Lordlar Palatasının bir çox komitələrində çalışmışdır. Hal-hazırda Avropa Birliyi Komitəsinin üzvü, həmçinin, daxili bazar, infrastruktur və məşğulluq üzrə Alt Komitənin sədridir. 2014-cü ildə o, Britaniya parlamenti Lordlar Palatasının Avropa İttifaqı məsələləri üzrə Komitəsinin sədri seçilib. 2010-cu ildə Baronessa O'Kahoyn Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Dostluq ordeni ilə təltif edilib.

Adı çəkilən iştirakçıların hər biri Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinin kəsişdiyi məkanda yerləşən ölkə kimi əhəmiyyəti, qədim Böyük İpək yolunun keçdiyi ərazi olaraq tarixi rolu və bir çox məsələlər barədə, bu vaxta qədər Azərbaycan mədəniyyəti və tarixi haqqında bilmədiklərini, oxumadıqlarını sual edərək, müzakirələrdə böyük maraqla iştirak etdilər.

Lord German görüşü açıq elan edərək, yüksək qonaqları səmimi salamladı və artıq mütəmadi keçirilməsi nəzərdə tutulan bu görüşün məqsədi barəsində iştirakçılara məlumat verdi. Tədbirin mövzusunu səsləndirdikdən sonra Lord German çıxış üçün sözü Cəmiyyətin həmsədri, professor N.Paşayevaya verdi. Professor Nərgiz Paşayeva çıxışına başlamamışdan əvvəl iştirakçılara bu tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirdi. Professor N.Paşayeva humanitar əlaqələrin dünyada əhəmiyyətinin, şübhəsiz çox böyük olduğunu deyərək, bunların sarsılmaz və möhkəm əlaqələr olduğunu bildirdi: "İqtisadi-siyasi əlaqələr qurula da bilər, qırıla da bilər. İnsani münasibətlər, vətəndaş cəmiyyətinin münasibətləri isə, bir təməl kimi həmişə etibarli, yararlı olur. Artıq on ilə yaxındır ki,mən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədriyəm. Bu illər ərzində çox şey qazanmışam. Söhbət yalnız bizim, daxilində çalışdığımız, hələ 1997-ci ildə yaradılmış qeyri-hökumət təşkilatından getmir, mən böyük mənada İngiltərə cəmiyyətini nəzərdə tuturam. Qədim ənənələrə, şanlı tarixə və mədəniyyətə malik olan bu cəmiyyəti yaxından, daxildən tanımağıma çox şadam. Əminəm ki, bu gün biliklərin mübadiləsi çox vacibdir. İnsanlar öz biliklərinin və pozitiv arzularının ardınca gedəndə mənəvi dəyərlərini də aparırlar".

Azərbaycan haqqında növbəti görüşlərdə daha ətraflı müzakirələr aparılacağına ümidvar olduğunu bildirən professor N.Paşayeva deyib: "Mən bir fililoq kimi XX əsrin əvvələrindən başlayaraq 20 ili əhatə edən dövrü araşdırıram və deyə bilərəm ki, 1905-1920-ci illər Azərbaycan tarixində intibah, yüksəliş, keyfiyyətcə yenilənmə dövrü, qızıl hərflərlə tarixə yazılan bir zaman oldu. Bu illərdə baş verən tarixi hadisələr, yaranan dəyərlər olmasaydı, indi gördüyümüz müasir Azərbaycan dövlətinin və cəmiyyətinin mövcudluğu şübhə altında ola bilərdi. Müasir, mədəni, bədii-estetik, proqressiv, elmi-intellektual, insani və ləyaqətli, mənəvi dəyərlərin məhz o zaman, o dövr çərçivəsində bu günki təməli qoyuldu. Müsəlman Şərqində ilk Respublika - Azərbaycan Xalq Cumhuriyyəti (ADR) yarandı. Respublikanın ömrü, əfsuslar ki, 23 ay çəkdi. Amma bu 23 ay tariximizin milli qəhrəmanlıq kvintessensiyasına çevrildi. Azərbaycanda çoxpartiyalı hakimi-mütləq parlament yaradıldı. Qadın və kişilərin bərabərhüquqluluğu, qadınların seçki hüququ, söz və fikir azadlığı elan olundu, bütün vətəndaşlar bərabər hüquqda yaşamaq imkani aldı, senzuradan azad mətbuat yaradıldı. 60-dan çox jurnal və qəzet nəşr olunmağa başladı, tənqidi, realist və demokratik ədəbiyyatımızın təməli qoyuldu, şərq ədəbiyyatı üçün yeni ədəbi janrlar və formalar yaradıldı, satirik mətbuat və karikatura janrı inkişaf etdi. Şərqdə ilk opera yazıldı və 1908-ci ildə tamaşa səhnəyə qoyuldu. Qadınlar çadradan azad oldular, onlar aktrisa kimi səhnəyə çıxa bildilər, qızlar üçün gimnaziya yaradıldı. Teatr sənəti inkişaf mərhələsinə qədəm qoydu, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmağa başladı, vacib qanunlar qəbul edildi. Birinci dünyəvi universitet yaradıldə, konservatoriya açıldı. Avropa memarlıq üslubunda binalar tikildi.

Azərbaycanda demokratik düşüncəli ziyalı elita hakimiyyətə gəldi. Onlar akademik təhsil almış yüksək mənəvi dəyərlərə malik insanlar idı. Böyük vətənpərvər və dövlət xadimi Məmməd Əmin Rəsulzadə və onun parlaq çevrəsi Şərqdə ilk demokratik Respublikanın yaradıcıları kimi ali ideyaları təlqin edirdilər. Bu azadlıq və hürriyyət, demokratiya və bərabərlik ideyaları idi. Respublikanın əsas üstün cəhətlərindən biri də, onun Avropa inkişaf yoluna üstünlük verməsində idi. Bir çox məqamlarda həmin ideyalar öz bəhrəsini verdi.

Beləliklə, Şimali Azərbaycanda demokratik və müasir ideyalar kök saldı. İndi də təməli o zaman qoyulan ideya və ənənələri biz hal hazırda qorumağa çalışırıq. Tarixçilər yaxşı bilir, 70 ildə bolşeviklərin əldə edə bilmədiklərinə 23 ayda bu Respublika nail oldu. Ədalətin, azadlığın, vətənpərvərliyin, mədəni millətlər ailəsinə qovuşmaq istəyinin əməldə, real həyatda təzahürünü verə bildi. Bu dəyərlər həqiqi, unudulmaz dəyərlər idi, ona görə də, heç zaman sovet sisteminin 70-illik saxta ideologiyası gücünə unudula bilməzdi və unudulmadı. Dövlətin Himni yazıldı, bayrağı qaldırıldı. Onu da xüsusi qeyd etmək istərdim ki, 1918-ci il dekabrın 7-də üçrəngli bayraq parlament binasında ucaldıldı. Üçrəngli bayrağın qaldırılmasına, o zaman Azərbaycanda olan ingilis qubernatoru general Tomsonun böyük dəstəyi olub. O, Bakının qubernatoru olan müddətdə insanlar özünü daha rahat hiss edirdilər. Məhz onun təlimatı əsasında üçrəngli bayrağımız Respublika devrilənə qədər daima parlamentin binasında ucaldıldı. Həmin bayraq indi də milli bayrağımızdır".

Sonra dəyirmi masanın aparıcısı Lord German çıxış üçün sözü Böyük Britaniyada Azərbaycanın bütün sahələrdə öyrənilməsi üzrə yeganə yüksək statuslu elmi-akademik qurum olan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Britaniya tərəfdən rəhbəri, Oksford Universitetinin Şərq fakültəsinin professoru Robert Hoylanda verdi.

Professor Hoyland tədbir iştirakçılarına qədim ipək youlunun təşəkkül tapmasında Qafqaz bölgəsinin rolu və konkret olaraq Azərbaycanın əhəmiyyətindən danışdı. O, maraqlı faktlardan biri kimi Cənubi Qafqaza daxil olmaq üçün İpək Yolunda tarixən iki məkandan istifadə olunduğunu qeyd edib. Bunlar Rusiya ilə Gürcüstan arasında dağ aşırımları və daha rahat olan Xəzər dənizi sahili boyunca Dərbənd və Azərbaycan əraziləri olduğu diqqətə çatdırılıb.

Qədim Qafqaz Albaniyası haqqında danışan professor Hoyland onun tarixi və müxtəlif mənbələrdən müasir dövrümüzə qədər gəlib çatan o dövrün abidələrindən danışdı. Bundan sonrakı müzakirələrdə fəal iştirak edən tədbir iştirakçıları tarixi faktları araşdırarkən millətlər arasında bənzərliklərin aşkar edilib diqqətə çatdırılmasının vacib olduğunu qeyd etdilər və bu mənada tarixində bir çox sivilizasiyaları, millətləri və ənənələri, dəyərləri və adətləri özündə birləşdirən Azərbaycan təcrübəsinin özünəməxsus və öyrənilməyə layiq olduğunu qeyd etdilər.

Müzakirələrdə iştirak edənlər məmnunluq hissi ilə iki böyük universiteti təmsil edən və bütün fəaliyyətlərini universitetə, təhsilə, tərbiyəyə, tələbəyə, elmə həsr etmiş və hal-hazırda isə Oksford Universitetində Nizami Gəncəvi adına elmi Mərkəzin rəhbərləri olan hər iki professora və onların simasında biliklərin daşıyıcıları, qoruyucuları və keçiriciləri olan elm, maarif əhlinə bəslədikləri böyük ehtiram və məhəbbəti ifadə etdilər.

Bu gün burada Azərbaycan haqqında bilmədiklərini eşidib məlumatlandıqları üçün, peşəkar həmsöhbətlərlə üz-üzə, səmimi atmosferdə görüşdüklərindən məmnun olduqlarını bildirdilər.

Tədbir zamanı N.Paşayeva dediklərinin sübutu kimi toplaşanlara 1906-cı ildə yaradılmış "Molla Nəsrəddin" satirik jurnalı nömrələrinin nüsxəsini, Bakının əsrin əvvəllərində yaradılmış gözəl arxitektur görkəmi haqqında çap edilmiş kitabları nümayiş etdirdi.

Həmçinin, Bərdədə həyata keçirilən arxeoloji qazıntı işləri haqqında maraqlı söhbətlər aparıldı. Qeyd edildiyi kimi, Bərdə arxeoloji ekspedisiyası Oksford Universitetinin alim və mütəxəssislərindən ibarət idi. Həmin heyətin rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun doktoru və Brasenose Kollecinin elmi tədqiqatçısı P.Vordsvorsdır. Aparılan arxeoloji tədqiqatların nəinki Azərbaycan, bütövlükdə Qafqaz bölgəsinin tarix və mədəni irsinin öyrənilməsi baxımından yeniliklər vəd etdiyini diqqətə çatdırıb. Yaxın gələcəkdə Bərdə Arxeoloji Ekspedisiyasının (BAE) heyəti Bərdə şəhərində aparılmış tədqiqatların nəticələri barədə Oksford Universitetində, daha sonra MDU-nun Bakı filialında geniş elmi hesabat, eləcə də, ictimai təqdimatla çıxış etməyi planlaşdırır.

Qeyd edək ki, doktor Vordsvorsun başçılıq etdiyi arxeoloji ekspedisiya ilə bərabər Nizami Gəncəvi Mərkəzinin rəhbərləri professor R.Hoyland və professor N.Paşayevanın birgə təşəbbüsü ilə Britaniyanın "Sərhədsiz İrs" (Heritage Without Borders) təşkilatı Azərbaycanda ilk dəfə olaraq mədəni irsin qorunması məqsədilə Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb edilib. Bu təşkilat dünyanın müxtəlif bölgələrində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi mədəniyyət nümunələrinin qorunması və mühafizəsini təşkil edərək, gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz bu məqsədlə Bərdə Arxeoloji Ekspedisiyası çərçivəsində "Sərhədsiz İrs" təşkilatının qəyyumlar şurasının üzvü və rəhbəri, arxeologiya üzrə mütəxəssis doktor Dominika D'arkangelo bu il sentyabrın 15-20-də professor Nərgiz Paşayevanın dəvəti ilə Bakıda və Bərdədə işgüzar səfərdə olub.

Nizami Gəncəvi Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən məşhur şərqşünas alim Y.Bertelsin "Böyük Azərbaycan şairi Nizami" kitabının ingilis dilinə tərcüməsi Mərkəzin planlaşdırdığı kimi artıq tamamlanıb. Bertelsin "Böyük Azərbaycan şairi Nizami" əsərinin Oksford Universitetində ingilis dilinə tərcümə edilməsi Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisədir və kitabın təqdimatının yaxın gələcəkdə Londonda və Bakida keçirilməsi nəzərdə tutulub.

Beləliklə, bu tərcümə bundan sonra əsl elmi həqiqətləri Azərbaycandan kənardakı oxuculara çatdıracaq, beynəlxalq elmi çevrələr tərəfindən mənimsənə biləcək. Ümid olunur ki, Azərbaycan ədəbiyyatı klassiklərinin və alimlərimizin əsərlərinin qeyri-akademik və peşəkarlıqdan uzaq, həvəskar tərcümə işlərinə nəhayət son qoyulacaq.

Ötən ilin noyabr ayında professor N.A.Paşayevanın Böyük Britaniya Lordlar palatasının yeddi üzvü ilə Londonda görüşü zamanı Qlamorqan Universitetinin fəxri doktoru, Uelsin məşhur musiqili-teatr kral kollecinin prezidenti Lord Rou-Beddou professor N.Paşayevanı onun rəhbərlik etdiyi Kral kollecinin yerləşdiyi Uelsin paytaxtı Kardiffə dəvət edərək həmin məktəbin fəaliyyəti ilə tanış olmasını təklif etmişdi. Dəvətə görə Lorda təşəkkürünü bildirən professor Nərgiz Paşayeva məmnuniyyətlə yaxın zamanda Uelsə səfər edəcəyinə söz vermişdi.

2016-cı il mart ayının 4-5-də professor N.A.Paşaeva Uels musiqili-teatr Kral kollecini ziyarət edib, bu təhsil müəssisəsinin direktoru, musiqi və incəsənət sahəsində tanınmış mütəxəssis Hilary Bolding (Hilary Boulding), kollecin musiqi üzrə direktoru Jon Cranmer (Dr John Cranmer), Beynəlxalq Əlaqələr üzrə məsul şəxs Luiza Cons, eləcə də sözügedən təhsil müəssisəsinin tələbə və müəllimləri ilə görüşüb. Professor N.Paşayeva ali məktəbin tələbələri ilə görüşüb, musiqi dərslərində iştirak edib, Azərbaycan ifaçılıq sənətinə və musiqi mədəniyyətinə dair kitablar və diskləri universitetin kitabxanasına təqdim edib. Görüş zamanı professor Nərgiz Paşayevaya kollecin fəaliyyəti və tarixi haqqında geniş məlumat verilib. Professor N.Paşayeva ilə kollecin direktoru xanım Bolding kollecdə azərbaycanlı tələbələrin təhsil almaq imkanları haqqında fikir mübadiləsi aparıblar. Həmçinin kollecin dram ixtisası üzrə təhsil alan tələbələrin Bakının ÜNS teatrının səhnəsində ingilis dilində tamaşa ilə çıxış etməsi məsələsi də müzakirə edilib.

Qeyd edək ki, bu kollec 1949-cu ildə Kardiff qəsrində Kardiff Musiqi Kolleci kimi yaradılıb, sonralar Kardiff Universitetinin yaxınlığındakı Byut parkında inşa olunan binaya köçürülüb. Sonralar Kollecin adı dəyişdirilərək Uels musiqi və teatr kolleci adlandırılıb. "Kral kolleci" tituluna 2002-ci ildə layiq görülüb. Kollec bu titula layiq görülən 5-ci konservatoriya oldu. 2013-cü ildə Qardian (The Guardian ) qazeti Uels musiqili-teatr Kral kollecini Böyük Britaniyanın ən yaxşı beş musiqi konservatoriyası siyahısına salmışdır.

Kolecdə tədris aşağıdakı ixtisaslar üzrə aparılır: "Aktyorluq sənəti", "Səhnə menecmenti" (işıq, səs və sair səhnə texniki tərtibat işləri), "Musiqili teatr", "Teatr dizaynı", "Bədii rəhbərlik".

Kollecdə musiqi tədrisi ilə yanaşı, səhnə sənəti üzrə paralel, müştərək təhsil verilir. Burada tələbələr həm musiqiyə aid fənləri, həm də teatr sənətinin sirlərinə yiyələnirlər.

Bu tədris müəssisəsində böyük müsabiqə var, bütün dünyadan öz biliklərini sınamaq üçün gənclər buraya gəlir. 1500 nəfərdən komissiya yalnız 50 nəfəri seçir və qəbul edir. Bu Kral Kollecini bitirənlər, şübhəsiz ki, arzu olunan istedadlardırlar və ona görə də, dərhal işlə təmin olunurlar.

Kollecin inzibati və tədris binalarının müasirləşməsinə və tikintisinə vəsait ayıran şəxslər arasında məşhur aktyor Entoni Xopkins də var. Kollecin qədim qəsrdən miras qalan və sonradan müasir musiqi məşq və səsyazma studiyalarına çevrilən bölməsinə bu aktyorun adı verilmişdir. Kollecdə həmçinin Dora Stoutzker konsert zalı, Reymond Edvard binası, Riçard Barton teatrı da fəaliyyət göstərir.

Kollec Böyük Britaniyanın All-Steinway Konservatoriyalarından birincisidir və hazırda Lid Musiqi Kolleci ilə birlikdə ora daxildir.

Sonda professor N.Paşayeva bu təhsil ocağı tələbələrinin ifasında caz musiqisindən ibarət konsert proqramına da tamaşa edib. Kollecin tələbələri hər cümə günü musiqisevərlər üçün belə açıq konsertlər təşkil edirlər.

Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Loading Bars
Xəbər lenti
Belarusda prezident seçkilərində seçici fəallığı 84,05 faiz olub
Nigerdə 6 fransalı turist qətlə yetirilib
Livanda daha bir nazir istefaya gedib
MSK: Lukaşenko prezident seçkilərində liderdir (ƏLAVƏ OLUNUB)
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı
Ağsuda zəlzələ olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 273 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər
İsraildə ordumuza dəstək yürüşü keçirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 223 min nəfəri ötüb
"Exit poll": Lukaşenko Belarusda keçirilən prezident seçkilərində 79,7% səslə qalib gəlib
Belarusda prezident seçkilərində səsvermə başa çatıb
Beyrutda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 5 milyonu keçdi
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub
Naqif Həmzəyev: Belarusda əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq
Koronavirusa yoluxma riskinin artmasına yol verməmək üçün vətəndaşlar sıxlığın az olduğu çimərliklərə getməlidirlər (FOTO)
Kabilin mərkəzində partlayış baş verib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)
ABŞ-da atışma olub, ölən var
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir (FOTO/VİDEO)
Çimərliklərdə sıxlıq davam edir - Nəzarət tədbirləri gücləndirilib
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Paytaxtda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
İranda daha 163 nəfər koronavirusdan ölüb
Arzu Nağıyev: Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir (FOTO)
İranda güclü zəlzələ olub
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO)
Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% təşkil edib
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək
Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu vəfat edib
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (FOTO/VİDEO)
Arye Qut: Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib
ADPU-da “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib (FOTO)
Şamaxıda "Mercedes" yanıb
Bakı sakini qardaşı tərəfindən qətlə yetirilib
Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Xəzər dənizində zəlzələ olub
Esper: Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq
Abşeronda transformator yanıb
Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)
Çində ötən sutka ərzində 23 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Çexiyada yaşayış binasında yanğın olub, 11 nəfər ölüb
Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 284 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub
Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib
Masallıda meşə ərazisində yanğın olub
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 222 min nəfəri ötüb
Pirlo "Yuventus"un baş məşqçisi təyin edildi
Mingəçevirdə birmərtəbəli ev yanıb
Tamam Cəfərova: Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
Pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi “Hədəf”də təhlil olunub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edir (FOTO)
Beyrutda etirazçılar XİN-in və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar (ƏLAVƏ OLUNUB)
Bakıda zəncirvari qəza yolda tıxaca səbəb oldu (VİDEO)
Deputat: Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb (FOTO)
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib
Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatıb
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib
Azərbaycanda koronavirusa yoluxanların 89 faizi sağalıb
AQTA daha 70 obyektdə pozuntular aşkarlayıb
Azərbaycanlı Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub (FOTO)
Arzu Nağıyev: Belarusda seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər (FOTO/VİDEO)
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq
İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq
Hikmət Babaoğlu: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib (FOTO)
Bakıda üçmərtəbəli binanın alkopan divarları yanıb
Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO/VİDEO)
Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bütün xəbərlər