...

İSESKO-nun baş direktoru: IV Qlobal Bakı Forumu əhəmiyyətli beynəlxalq hadisədir

Siyasət Materials 10 Mart 2016 17:20 (UTC +04:00)
IV Qlobal Bakı Forumu xeyli sayda ölkə hökuməti və beynəlxalq institut nümayəndələrini toplayan əhəmiyyətli beynəlxalq hadisədir.
İSESKO-nun baş direktoru: IV Qlobal Bakı Forumu əhəmiyyətli beynəlxalq hadisədir

Bakı. Seymur Əliyev - Trend:

IV Qlobal Bakı Forumu xeyli sayda ölkə hökuməti və beynəlxalq institut nümayəndələrini toplayan əhəmiyyətli beynəlxalq hadisədir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri deyib.

O bildirib: "Mən məqsədi təhülkəsizliyin təmin edilməsi üzrə birgə səylər barədə dialoq olan bu cəmiyyətin bir hissəsi olduğuma görə şadam".

Baş direktorun sözlərinə görə, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasına yardım etməyə böyük diqqət ayırmalıdır.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.

Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti