...

Xorvatiyanın sabiq Prezidenti: IV Qlobal Bakı Forumu bir çox aktual məsələləri əhatə edir

Siyasət Materials 10 Mart 2016 18:06 (UTC +04:00)
IV Qlobal Bakı Forumu bir çox aktual məsələləri əhatə etdiyinə görə çox vacibdir.
Xorvatiyanın sabiq Prezidenti: IV Qlobal Bakı Forumu bir çox aktual məsələləri əhatə edir

Bakı. Anaxanım Hidayətova - Trend:

IV Qlobal Bakı Forumu bir çox aktual məsələləri əhatə etdiyinə görə çox vacibdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç deyib.

Onun sözlərinə görə, bu forum müxtəlif münaqişələrdən çıxış yollarının axtarışına böyük diqqət ayırır.

S.Mesiç əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir: "Əvvəlcə dünya ictimaiyyəti Dağlıq Qarabağın işğalının necə baş verdiyini bilməlidir".

Sabiq Prezident diqqətə çatdırıb ki, Bakı regionda prinsipial olaraq müstəqil siyasət yürüdür.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.

Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti