...

Sabiq baş nazir: Avropa ölkələrinə miqrantlar daha çox Suriya və İraqdan gəlir

Siyasət Materials 11 Mart 2016 12:06 (UTC +04:00)
Bu gün Avropa ölkələrinə miqrantlar daha çox Suriya və İraqdan gəlirlər.
Sabiq baş nazir: Avropa ölkələrinə miqrantlar daha çox Suriya və İraqdan gəlir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Avropa ölkələrinə miqrantlar daha çox Suriya və İraqdan gəlirlər.

Trend-in məlumatına görə, bunu Macarıstanın sabiq baş naziri Peter Medeşi bu gün "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumu çərçivəsində "Qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu. Birgə fəaliyyətə necə nail olmalı?" mövzusuna həsr edilən panel iclasında çıxışı zamanı deyib.

Bu gün Avropa ölkələrinə miqrantlar daha çox Suriyadan, İraqdan gəlirlər.

P.Medeşi bildirib: "Ərəb baharı yetişməmişdi və yerli mədəniyyətlərlə ziddiyyət təşkil edirdi, nəticə isə tarazlığın pozulması kimi meydana çıxmışdı. Miqrasiyaya diqqət yetirmək lazımdır, amma ənənələrə, mədəniyyətlərə hörmət etmək vacibdir".

Sabiq baş nazir deyib ki, müharibələrin olmaması miqrasiya axınına fasilə verə bilər, amma bu da məsələnin tam həlli yolu deyil: "Çünki miqrantlar getdikləri ölkələrdə artırlar, buna görə də bu məsələlər yerlərdə həll edilməlidir".

Moldovanın sabiq prezidenti Petru Luçinski bildirib ki, miqrantlar daha çox, yaşayış şəraiti yaxşı olmayan 50-yə qədər ölkədən cıxırlar: "Əgər bəşəriyyət tədbirlər görməsə, bunun qarşıısnı ala bilmərik. Bunun üçün plan hazırlamaq olar. Miqrasiyanın mənşə ölkələrini müəyyən etmək lazımdır. Beynəlxalq qurumlar bu işlə məşğul olmalıdırlar, çünki heç hir ölkə bunu tam olaraq, öhdəsinə götürməyəcək".

P.Luçinski deyib ki, BMT xalqların təhlükəsizliyi üçün yarandı, onda Təhlükəsizlik Şurasının 5 üzvü tərəfdaş idi, indi isə hər bir ölkənin öz mövqeyi var: "İndi çoxqütblü dünyada yaşayırıq. Ona görə də bunun üçün müəyyən koordinasiya işləri aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti