...

ISESCO-nun baş katibi: Dünyadakı münaqişələr iradə olmadığı üçün mövcuddur

Siyasət Materials 11 Mart 2016 19:21 (UTC +04:00)
Dünyadakı münaqişələr iradə olmadığı üçün mövcuddur.
ISESCO-nun baş katibi: Dünyadakı münaqişələr iradə olmadığı üçün mövcuddur

Bakı. Elçin Mehdiyev - Trend:

Dünyadakı münaqişələr iradə olmadığı üçün mövcuddur. Trend-in məlumatına görə, bunu ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "XXI əsrdə çoxqütblü dünyada müharibələrdən necə qaçmaq mümkündür" adlı paneldə deyib.

O, qeyd edib: "Biz BMT və xüsusilə Təhlükəsizlik Şurasında islahatlara nail olmalıyıq. Qətnamələrin icra edilməməsi probleminin həlli ilə məşğul olmalıyıq".

ISESCO-nun baş katibi onu da bildirib ki, İŞİD islam dini haqqında mənfi rəy yaratmaq, əldə olunmuş nailiyyətləri məhv etmək məqsədilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti