...

Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə arasında imzalanan protokolu şərh etdi

Siyasət Materials 16 Mart 2016 20:02 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə Nazirliyi martın 15-də Ankara şəhərində Azərbaycan və Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edib.

Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, sənədə əsasən yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır.

Qeyd olunub ki, bununla belə, ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 2015-ci ildən başlayaraq rəhbər heyət qarşılıqlı surətdə taktiki səviyyədə Azərbaycan və Türkiyədə təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçir. Bu, döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti