...

Xorvatiyanın sabiq Prezidenti Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq birdəfəlik həllinə ümid edir

Siyasət Materials 14 Aprel 2016 19:32 (UTC +04:00)
Xorvatiyanın sabiq Prezidenti (2000-2010), Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Xorvatiyanın sabiq Prezidenti Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq birdəfəlik həllinə ümid edir

Bakı. Trend:

Xorvatiyanın sabiq Prezidenti (2000-2010), Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda qeyd olunur: "İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəskinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim.

Münaqişə zonasında mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə bağlı Sizə dərin hüznlə başsağlığı verirəm.

Atəşkəs rejiminin tezliklə bərpa edilməsinə, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq birdəfəlik həllinə ümid edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti