...

Azərbaycan Hökuməti ilə Türkiyə arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol təsdiq edildi

Siyasət Materials 21 Aprel 2016 13:57 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Hökuməti ilə Türkiyə arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol təsdiq edildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti