...

Azərbaycan "Eurovision 2016"nın təşkilat komitəsinə işğalçı Dağlıq Qarabağ rejiminin bayrağının dalğalanması ilə bağlı narazılığını bildirəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 May 2016 12:34
Azərbaycan "Eurovision 2016" mahnı müsabiqəsinin canlı efirində işğalçı Dağlıq Qarabağ rejiminin bayrağının dalğalanması ilə bağlı olaraq müsabiqənin təşkilat komitəsinə narazılığını bildirəcək.
Azərbaycan "Eurovision 2016"nın təşkilat komitəsinə işğalçı Dağlıq Qarabağ rejiminin bayrağının dalğalanması ilə bağlı narazılığını bildirəcək  (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan "Eurovision 2016" mahnı müsabiqəsinin canlı efirində işğalçı Dağlıq Qarabağ rejiminin bayrağının dalğalanması ilə bağlı olaraq müsabiqənin təşkilat komitəsinə narazılığını bildirəcək.

Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu məsələ milli təşkilat komitəsi ilə birgə öyrənilir: "Ermənistanın belə təxribatçı hərəkətləri yolverilməzdir. Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz qurumu təşviq və təbliğ etmək məqsədilə qəsdən bu addımlara əl atır".

H. Hacıyev qeyd edib ki, bu cür addımlar "Eurovision" mahnı müsabiqəsinin başlıca prinsipləri ilə ziddiyət təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti