...

Deputatlarımız Avropaya gedir

Siyasət Materials 16 May 2016 17:09 (UTC +04:00)
Vüsal Hüseynov və Müslüm Məmmədov AŞ PA-nın Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün Roma şəhərində səfərdə olacaqlar.
Deputatlarımız Avropaya gedir

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 16-dan 19-dək İtaliyanın Roma şəhərində səfərdə olacaqlar.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda Avropa İnsan Haqları Məhkəməsi və beynəlxalq cinayət məhkəməsi ilə əməkdaşlığın gücləndirilməsi, Avropa institutlarının şəffaflığı, saxlanılmış şəxslərin vəkillərlə sərbəst əlaqə saxlama imkanının artırılması və digər cari məsələlər müzakirə olunacaq.

Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

Bundan başqa, mayın 18-də deputat V.Hüseynov Beynəlxalq AntiKorrupsiya Akademiyasının İdarə heyətinin görüşündə iştirak etmək üçün Avstriyaya səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti