...

Ekspert: Türkiyə Aİ-yə üzvlükdən vaz keçərək yeni əməkdaşlıq modeli yaratmalıdır

Siyasət Materials 13 İyun 2016 17:53
Ankaranın Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüyü Türkiyənin xeyrinə deyil, çünki Aİ-də istənilən iqtisadi problem Türkiyənin iqtisadiyyatını dağıda bilər.
Ekspert: Türkiyə Aİ-yə üzvlükdən vaz keçərək yeni əməkdaşlıq modeli yaratmalıdır

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankaranın Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüyü Türkiyənin xeyrinə deyil, çünki Aİ-də istənilən iqtisadi problem Türkiyənin iqtisadiyyatını dağıda bilər.

Bunu Trend-ə Paris Universitetinin Mədəni diplomatiya kafedrasının müdiri və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Naciye Selin Şenocak deyib.

N.Şenocak bir sıra səbəblərdən Türkiyənin Aİ-nin tamhüquqlu üzvü ola bilməyəcəyini istisna etmir: "Türkiyəyə bu yolda mane olan çoxlu səbəblər var".

O hesab edir ki, bu səbəblərdən biri Almaniya ilə siyasi və iqtisadi baxımdan rəqabət apara biləcək Türkiyənin gənc və dinamik əhalisidir.

Ekspertin fikrincə, digər mühüm səbəb Türkiyənin müsəlman ölkəsi olmasıdır ki, bu da Aİ-də mədəni təhlükə kimi qəbul edilir: "Bundan başqa, Aİ Türkiyə ilə qonşu ölkələrdəki siyasi xaosu real təhlükə kimi qəbul edir".

Bununla belə, ekspert hesab edir ki, Türkiyənin özü də Aİ-yə xüsusi ehtiyac duymur: "Aİ artıq çoxdandır "ümid və sabitlik ada"sı deyil. Fransa və Yunanıstanda iqtisadi problemlər, Aİ-nin miqrantlara qarşı siyasəti, bu il iyunun 23-də keçiriləcək Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünə dair gözlənilən referendum bunun nümunəsidir. Türkiyə Çinin etdiyi kimi, Aİ ilə "win-win" ("ikiqat uduş") prinsipi üzrə əməkdaşlıq modelini hazırlamalıdır".

Ekspertin fikrincə, Türkiyə Aİ ilə tamhüquqlu üzvlük barədə danışıqları dayandırsa, Avropa İttifaqı Türkiyənin radikallaşması barədə dərhal təbliğata başlayacaq ki, bu da Ankaranın beynəlxalq təcridinə istiqamətlənib.

Onun sözlərinə görə, Türkiyə Rusiya ilə münasibətləri bərpa etməlidir ki, bu da regionda sabitlik üçün çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti