Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycanın dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Mahmudov Əmir Hüseyn oğlu
Talıbov Nurməhəmməd Şixməhəmməd oğlu
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abdullayev Şaiq Bəhram oğlu
Behbudov Ağalar Mürşüd oğlu
Əliyev Azər Əhməd oğlu
Fərəcli Cəlal Həsənağa oğlu
Xamoyev İsaməddin İslam oğlu
İsmayılov Elvin Fərman oğlu
Qurbanov Fuad Hacı oğlu
Məmmədov Adil Əhməd oğlu
Mirqulamov Rəfail Mirdadaş oğlu
Mirzəyev Seymur Əmirxan oğlu
Panəliyev Rza Talıb oğlu
Rəfiyev Azər Kamil oğlu
Rəsulov Nazim Nadir oğlu
Sadıqov İlyas Əlixan oğlu
Şahbazi Samir Faiq oğlu
Prezident İlham Əliyev, həmçinin Azərbaycanın dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Qeyd olunur ki, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Axundov Muxtar Bəhrəm oğlu
Ərəbov Nazim Yaqub oğlu
Kazımov Soltan Ağaqulu oğlu
Novruzov Şamil Nəcəf oğlu
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.