...

Konstitusiya Məhkəməsi Milli Məclisə təkrar seçkilərin nəticələrini təsdiq edib

Siyasət Materials 5 İyul 2016 12:06 (UTC +04:00)
Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinə dair iclas keçirib.
Konstitusiya Məhkəməsi Milli Məclisə təkrar seçkilərin nəticələrini təsdiq edib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinə dair iclas keçirib.

Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunan nəticələri təsdiq edib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər iyunun 18-də keçirilib.

Seçkilərdə 7 namizəd - Yeni Azərbaycan Partiyasından namizəd Cavid Osmanov, Ümid Partiyasından namizəd İqbal Ağazadə və bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlov iştirak edib.

Ümumilikdə, seçki dairəsi üzrə 40 203 seçicidən 23 292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir.

Təkrar seçkidə Yeni Azərbaycan Partiyasından namizəd C.Osmanov seçicilərin 85 faizdən çoxunun səsini qazanaraq lider namizəd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti