Bakı. Anaxanım Hidayətova – Trend:
NATO Azərbaycanın terrorizmlə və digər müasir çağırışlarla mübarizəyə verdiyi mühüm töhfəsini təsdiq edir.
Bunu Trend-ə Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol deyib.
NATO-nun Varşava sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsini şərh edən A.Pol deyib ki, beynəlxalq birlik aprel hadisələrindən sonra müsbət nəticələrə gətirib çıxara biləcək danışıqlar prosesinə qayıtmağın zəruriliyini qəbul edir:
"Əgər danışıqlar prosesi bərpa olunmasa, təmas xəttində gələcəkdə ehtimal olunan hərbi toqquşmalar apreldəkindən daha pis ola bilər”.