...

Türkiyədə 30 vali vəzifəsindən azad edildi (YENİLƏNİB)

Siyasət Materials 18 İyul 2016 13:33 (UTC +04:00)
Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar 30 vali və yerli icra hakimiyyəti orqanının təqribən 300 nümayəndəsi vəzifəsindən azad edilib.
Türkiyədə 30 vali vəzifəsindən azad edildi (YENİLƏNİB)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar 30 vali və yerli icra hakimiyyəti orqanının təqribən 300 nümayəndəsi vəzifəsindən azad edilib.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Bundan başqa, vəzifəsindən azad edilənlər arasında daxili işlər orqanlarının və Sahil Mühafizəsinin əməkdaşları da var.

Ümumilikdə vəzifəsindən azad edilənlərin sayı 8777-yə çatıb.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1400-dən artıq yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti