...

Elmar Məmmədyarov: Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı çevriliş cəhdi qəbuledilməzdir

Siyasət Materials 3 Avqust 2016 12:00 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı olub.
Elmar Məmmədyarov: Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı çevriliş cəhdi qəbuledilməzdir

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı olub.

XİN-dən Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycan və Türkiyə xarici işlər nazirləri daimi əsasda təmas saxlayırlar. Bu xüsusda, avqustun 2-də E.Məmmədyarov və M.Çavuşoğlu arasında növbəti telefon danışığı olub.

Telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər.

E.Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

M.Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti