...

Uorlik: ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü hazırlayır

Siyasət Materials 16 Avqust 2016 11:47 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistanla əlaqələri davam etdirir.
Uorlik: ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü hazırlayır

Trend-i buradan izləyin

Bakı. Trend:

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistanla əlaqələri davam etdirir. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü Sankt-Peterburqda iyunun 20-də Rusiya prezidentinin iştirakı ilə üçtərəfli formatda baş tutub. Ondan öncə isə iki ölkə prezidenti mayın 16-da Venada görüşüblər.

C.Uorlikin sözlərinə görə, həm Vena, həm də Sankt-Peterburq görüşlərində Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olunması üçün növbəti görüşə hazır olduqlarını bəyan ediblər.

Amerikalı həmsədr qeyd edib: “Biz yüksək səviyyədə növbəti görüşün təşkili üçün imkanların axtarılması istiqamətində işimizi davam etdiririk və görüşün təşkili üçün təklifləri müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə təmasları davam etdiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti