...

Azərbaycandan Avropa Məhkəməsində hakimliyə namizədlərin adları məlum olub

Siyasət Materials 7 Sentyabr 2016 12:07 (UTC +04:00)
Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin adları məlum olub.
Azərbaycandan Avropa Məhkəməsində hakimliyə namizədlərin adları məlum olub

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin adları məlum olub.

Trend AŞ PA-ya istinadən xəbər verir ki, Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov tərəfindən AŞ PA-nın baş katibi Voytsex Savitskiyə ünvanlanan məktubda üç namizədin adı qeyd olunub.

Onlar Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti