Bakı. Elmira Tariverdiyeva – Trend:
Sentyabrın 20-də Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament əməkdaşlığı komitəsinin 13-cü iclası keçirilib.
Trend-in Aİ-nin Azərbaycandakı missiyasının məlumatına istinadən verdiyi xəbərə görə, iclasda Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı Səyyad Kərimin başçılığı altında Aİ-Azərbaycam nümayəndə heyəti iştirak edib.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Aİ ilə əməkdaşlığı davam etdirməyə sadiq qaldığını qeyd edib.
S.Kərim isə deyib ki, Aİ Azərbaycanla əlaqələri çox mühüm və qarşılıqlı sərfəli hesab edir.