...

Deputat: Rusiyanın işğalçı Ermənistanı silahlandırması təəssüf doğurur

Siyasət Materials 23 Sentyabr 2016 12:48 (UTC +04:00)
Rusiyanın işğalçı Ermənistanı təmənnasız olaraq silahlandırması onun Minsk qrupunun həmsədri missiyasını kölgə altında qoyur.
Deputat: Rusiyanın işğalçı Ermənistanı silahlandırması təəssüf doğurur

Bakı. Elçin Mehdiyev - Trend:

Rusiyanın işğalçı Ermənistanı təmənnasız olaraq silahlandırması onun Minsk qrupunun həmsədri missiyasını kölgə altında qoyur. Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

O qeyd edib ki, Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçirilən görüşündə Ermənistan prezidentinə işğal edilmiş Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlı təklif edilmişdi: “Lakin Ermənistan tərəfi bu təklifləri rədd etdi. Ermənistanın bu təklifləri rədd etdiyi halda Rusiyanın Ermənistana əvəzsiz olaraq silahlar verməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsində bir vasitəçi kimi missiyasını şübhə altına qoyur. Necə olur ki, bir tərəfdən işğalçıdan torpaqların boşaldılmasını tələb edir, digər tərəfdən onu silahlandırır?! Ancaq Azərbaycanın əlində Ermənistana verilən silahları zərərsizləşdirmək üçün yetərincə hərbi-texniki vasitələri var, sadəcə, Rusiyanın bu addımı təəccüb və təəssüf doğurur”.

S.Alıyev əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətlərin həmişə strateji xarakter daşıdığını bəyan edir, ticari-iqtisadi, siyasi əlaqələrin daha da möhkəmlənməsində maraqlı tərəf kimi çıxış edir: “Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq edildiyi dövrdə belə Azərbaycan xoş qonşuluq, ənənəvi tərəfdaşlıq münasibətlərini pozmayıb və sanksiyaları pisləyib. Ancaq bu gün Rusiyanın Azərbaycan ərazilərini işğal edən Ermənistanı silahlandırması təəssüf doğurmaya bilməz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti