...

Trend-in əməkdaşı "Rossiya 24" üçün Azərbaycandakı referendumu şərh etdi (VİDEO)

Siyasət Materials 26 Sentyabr 2016 21:19 (UTC +04:00)
Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Elmira Tariverdiyeva "Rossiya 24" telekanalının "Evelina Zakamskaya ilə rəy" verilişi üçün Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsini (referendum) şərh edib.
Trend-in əməkdaşı "Rossiya 24" üçün Azərbaycandakı referendumu şərh etdi (VİDEO)

Bakı. Trend:

Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Elmira Tariverdiyeva "Rossiya 24" telekanalının "Evelina Zakamskaya ilə rəy" verilişi üçün Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsini (referendum) şərh edib.

Referendumun məqsədləri barədə suala cavab verərkən E.Tariverdiyeva bildirib: "Bu, daha çox bu gün Azərbaycanın əsas dəyəri olan sabitliyi qorumaq üçün atılmış addımdır, o cümlədən ilk növbədə xalq üçün vəziyyətin sabit, rahat, təşvişsiz qalmasına şərait yaradacaq. Bu gün gənc nəsil yaşlı nəsillə müqayisədə daha az təcrübəli olsa da, tamamilə yeni yanaşmalara və yeni biliklərə malikdir. Bu da təcrübədən az əhəmiyyətli deyil. Müasir reallıqlara uyğun olaraq, həmçinin ölkəni düzgün idarə etmə üçün bu, çox əhəmiyyətlidir".

Verilişdə müxbir Aleksey Şlyapnikov isə qeyd edib ki, ümumxalq səsverməsi seçicilərin qeyri-adi coşqusu şəraitində keçib, referendumun əsas şüarı isə "Sabitlik naminə" olub: "Seçki məntəqələrinə səs vermək üçün gələn sadəcə azərbaycanlılar məhz sabitliyə səs verdiklərini deyirdilər".

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti