...

Uorlik: Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək (YENİLƏNİB)

Siyasət Materials 22 Oktyabr 2016 11:08 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək.
Uorlik: Minsk qrupu Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək (YENİLƏNİB)

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işi davam etdirəcək.

Trend-in məlumatına görə, bunu amerikalı həmsədr Ceyms Uorlik Bakıda mətbuat konfransında deyib.

O bildirib: "Müzakirələrimizin məqsədi münaqişənin həll yolunu tapmaqdır".

C.Uorlik qeyd edib ki, ABŞ, Rusiya, Fransa münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün birgə işləyir: "Bu yaxınlarda hamımız Moskvada idik və bu məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə etdik. Biz münaqişənin tənzimlənməsi üzrə ümumi səylərə sadiq qalırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti