...

TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayır

Siyasət Materials 20 Dekabr 2016 11:13 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınadığını ifadə edib.
TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayır

Bakı. Trend:

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsini şiddətlə qınadığını ifadə edib.

Assambleyadan Trend-ə verilən məlumata görə, TürkPA üzv dövlətlərinin həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış etdiyini vurğulayan J.Asanov səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilinməyəcəyini və bunun ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güddüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti