...

Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevi "Əmək" ordeni ilə təltif edib

Siyasət Materials 14 İyun 2017 12:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevi "Əmək" ordeni ilə təltif edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti