...

Prezident İlham Əliyev: Azərbaycan dövlət-din münasibətləri sahəsində əldə edilmiş nailiyyətlərə görə bir çox ölkələr üçün nümunə ola bilər

Siyasət Materials 21 İyun 2017 00:06 (UTC +04:00)
Azərbaycan dövlət-din münasibətləri sahəsində əldə edilmiş nailiyyətlərə görə bir çox ölkələr üçün nümunə ola bilər
Prezident İlham Əliyev: Azərbaycan dövlət-din münasibətləri sahəsində əldə edilmiş nailiyyətlərə görə bir çox ölkələr üçün nümunə ola bilər

Bakı. Trend:

Azərbaycan dövlət-din münasibətləri sahəsində əldə edilmiş nailiyyətlərə görə bir çox ölkələr üçün nümunə ola bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil edilmiş iftar mərasimində çıxışında deyib.

Dövlət başcısı qeyd edib ki, ənənəvi iftar süfrəsinin təşkilində də Ulu Öndər və şeyx həzrətləri nümunə göstərmişlər. Əslində, bu ənənəvi iftar məclisləri din-dövlət münasibətlərinin tərkib hissəsidir. Bu gün mən şeyx həzrətlərinin bu işlərdə xüsusi rolunu qeyd etmək istəyirəm. Şeyx həzrətləri həm Azərbaycanda, Qafqazda, postsovet məkanında, həm də dünya miqyasında çox böyük nüfuza malik olan xadimdir. Mən bilirəm ki, şeyx həzrətlərinə dünya dini liderlərinin böyük hörməti var. Şeyx həzrətləri öz fəaliyyəti ilə ölkəmizin nüfuzunu beynəlxalq aləmdə gücləndirir, ölkəmizi təbliğ edir, Azərbaycanı müasir, öz dini, milli köklərinə bağlı olan, ancaq, eyni zamanda, tolerant, dünyaya açıq ölkə kimi təqdim edir. “İslam Həmrəyliyi İli” çərçivəsində həm ölkə daxilində, həm xaricdə şeyx həzrətlərinin rəhbərliyi ilə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Bu, bir daha Azərbaycanı dünyaya inkişaf edən, müasir və dinamik ölkə kimi təqdim edəcək. Bizim şeyx həzrətləri ilə şəxsi dostluq münasibətlərimiz var. Bu münasibətlər həm bizim üçün, həm də ölkə üçün önəmlidir. Biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti