Bakı. Yelena Kosolapova - Trend:
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 24-25-də Macarıstana səfər edəcək.
Trend-in məlumatına görə, bunu Macarıstanın Bakıdakı səfiri İmre Laslotski deyib.
Səfir qeyd edib ki, nazirin səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfərinə hazırlıq da müzakirə olunacaq.