...

Politoloq: İlham Əliyev Vladimir Putinlə görüşündə Azərbaycanın mövqeyini prinsipial şəkildə ortaya qoydu

Siyasət Materials 24 İyul 2017 17:37 (UTC +04:00)
Azərbaycan Prezidenti Rusiya Prezidenti Vladimir Putinlə görüşündə ölkəmizin mövqeyini kifayət qədər prinsipal şəkildə ortaya qoyub.
Politoloq: İlham Əliyev Vladimir Putinlə görüşündə Azərbaycanın mövqeyini prinsipial şəkildə ortaya qoydu

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə ölkəmizin mövqeyini kifayət qədər prinsipial şəkildə ortaya qoyub.

Bunu Trend-ə politoloq Fikrət Sadıqov Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşünü şərh edərkən deyib.

F.Sadıqov qeyd edib ki, hər iki prezidentin birgə müzakirə edəcəyi mühüm məsələlər var idi: "Bura həm sərhəd, həm Ümümdünya Azərbaycanlıları Konqresinin Rusiyada fəaliyyəti, həm erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana nota göndərməsi, həm ikitərəfli münasibətlər, həm də ən əsas məsələ olan Dağlıq Qarabağ münaqişəsi daxil idi".

Politoloqun fikrincə, İlham Əliyevin həmkarı ilə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.

Ümumilikdə görüşün nəticələrini müsbət qiymətləndirən F.Sadıqov deyib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərə kənardan müdaxilə cəhdləri var idi. Lakin Azərbaycan Prezidenti görüş zamanı ölkəmizin mövqeyini ortaya qoymaqla Azərbaycanın həm Qərb, həm də Rusiya ilə münasibətlərini inkişaf etdirməyə hazır olduğunu açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti