...

ATƏT PA-nın xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik

Siyasət Materials 25 Sentyabr 2017 13:53 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri çərçivəsində Masazırda məcburi köçkünlərlə görüşüb.
ATƏT PA-nın xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik

Bakı. Elçin Mehdiyev – Trend:

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri çərçivəsində Masazırda məcburi köçkünlərlə görüşüb.

Trend-in məlumatınba görə, xüsusi nümayəndə məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.

Məcburi köçkünlər ATƏT PA rəsmisinə doğma torpaqlarının 25 ildən artıqdır erməni işğalı altında qalması ilə bağlı narazılıqlarını çatdırıblar.

K.Vigenin öz növbəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini bildirib: "Münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik.

Qeyd edək ki, ATƏT PA-nın xüsusi nümayəndəsi sentyabrın 24-dən 30-a qədər Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. K.Vigeninin Azərbaycanda Xarici İşlər Nazirliyində, Milli Məclisdə və digər qurumlarda görüşlər keçirəcəyi nəzərdə tutulur.

Səfər zamanı xüsusilə də uzun müddət davam edən münaqişələrin Cənubi Qafqaz regionunda yaşayan insanların həyatına təsiri məsələsi nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti