...

Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının plenar iclası keçirilir (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 5 Oktyabr 2017 10:28 (UTC +04:00)
Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi və MDB dövlətlərinin Antiterror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası keçirilir.
Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının plenar iclası keçirilir (YENİLƏNİB) (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi və MDB dövlətlərinin Antiterror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası keçirilir.

Trend-in məlumatına görə, məsləhətləşmənin keçirilməsinin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və ekstremizim və terrorizmə qarşı effektiv texnologiyaların yaradılmasıdır.

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İsmayıl Bağırov DTX rəisi general-leytenant Mədət Quliyevin qonaqlara salamını çatdırıb.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiterror Mərkəzinin sədr müavini Marat Abdırayev bildirib ki, MDB-yə üzv dövlətlərin vətəndaşlarının terror təşkilatları tərəfindən məsafədən ələ alınmasna qarşı mübarizə yolları müzakirə edilir.

O qeyd edib ki, belə iclaslar hər il keçirilir: “Bu iclas ilk dəfədir ki, Bakıda keçirilir. Yaradılan şəraitə görə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti