...

Əfqanıstan Prezidenti Bakıya səfər edəcək

Siyasət Materials 23 Noyabr 2017 11:03 (UTC +04:00)
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Bakıya səfər edəcək.
Əfqanıstan Prezidenti Bakıya səfər edəcək

Bakı. Ləman Zeynalova - Trend:

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Diplomatik mənbə bildirib ki, Əfqanıstan Prezidentinin Bakıya səfəri noyabrın 30-da baş tutacaq.

Məlumata əsasən, M.Ə.Qani 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti