...

Hərbi məhkəmə inzibati xətalar haqqında işlərə də baxacaq

Siyasət Materials 31 Yanvar 2018 19:00 (UTC +04:00)
Prezident İlham Əliyev sərəncam imzalayıb.
Hərbi məhkəmə inzibati xətalar haqqında işlərə də baxacaq

Bakı. Trend:

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 927-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin birinci hissəsinə “cinayət işlərinə” sözlərindən sonra “, habelə inzibati xətalar haqqında işlərə” sözləri əlavə edilir.

Həmin qanuna əsasən indiyə qədər hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxırdı. Dəyişikliyə əsasən, hərbi məhkəmə inzibati xətalar haqqında işlərə də baxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti