...

İsa Həbibbəyli: Növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir

Siyasət Materials 5 Fevral 2018 14:04 (UTC +04:00)
Bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir.
İsa Həbibbəyli: Növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, prezident seçkilərinin vaxtının dəyişdirilməsində heç bir qeyri-adi hal yoxdur.

İ.Həbibbəyli hesab edir ki, Azərbaycanda illərdən bəri formalaşan sabit ictimai-siyasi vəziyyət və böyük iqtisadi, mədəni inkişaf ölkəmizdə istənilən vaxt seçki keçirməyə imkan verir:

”Ölkənin başçısı xalq və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş bir lider olduqda belə seçkilərin vaxtından əvvəl keçirilməsi tamamilə təbii sayıla bilər. Azərbaycan xalqının apreldəki növbədənkənar seçkilərdə Prezident İlham Əliyev kimi 15 il ərzində böyük sınaqlardan çıxmış və ümumxalq rəğbəti qazanmış bir namizədi var. Ona görə də apreldə keçiriləcək seçkilər Azərbaycan xalqının iradəsini ifadə edir. Bu seçkilər xalqımızın dövlətçilik maraqlarına da tam uyğundur”.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti