...

Binəqədidə Dövlət Təhlükəsizlik Xidmətinin yaranmasının 99-cu ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 28 Mart 2018 14:41 (UTC +04:00)
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü və 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Binəqədidə Dövlət Təhlükəsizlik Xidmətinin yaranmasının 99-cu ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü və 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon Məhkəməsinin sədri Araz Kazımov, Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Rayon Prokuroru Nazim İmanov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Polad Abdullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmət Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov və Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin 9 nəfər əməkdaşı iştirak edib.

Tədbiri BRİH başçısı Xaləddin İsgəndərov açıq elan edib və tədbirin məqsədi barədə iştirakçılara məlumat verib.

O bildirib ki, 1950-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görülüb. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başlayıb. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlayıb, öz qayğısını bu təsisatlardan əsirgəməyib. Müstəqillik qazandıqdan sonra isə Azərbaycan Dövləti bu istiqamətdə daha böyük nailiyyətlər əldə edib. Məhz Ulu öndər Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Daha sonra söz çıxışlara verilib. Çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Polad Abdullayev, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi Rayon Prokuroru Nazim İmanov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmət Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov təhlükəsiz orqanları əməkdaşlarının çox məsuliyyətli, eyni zamanda şərəfli işlə məşğul olduqlarını bildiriblər və peşə bayramları münasibətilə bütün əməkdaşları təbrik ediblər.

Çıxışlar bitdikdən sonra Dövlət təhlükəsizlik orqanlarının yaradılmasının 99-cu ildönümü münasibəti ilə və Dövlət Təhlükəsizliyi Xidmətinin Binəqədi Rayon İdarəsinin əməkdaşlarının rayonun ictimai-siyasi həyatında fəal iştirakını nəzərə alaraq bir qrup şəxs Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif ediliblər. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mükafatçılara təltifləri təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti