...

Əflatun Amaşov: Azərbaycan mediası seçkilərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib

Siyasət Materials 12 Aprel 2018 15:42 (UTC +04:00)
Azərbaycan mediası seçkilərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.
Əflatun Amaşov: Azərbaycan mediası seçkilərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında seçki ilə bağlı 1051 material yayımlanıb.

Trend-in məlumatına görə, bu barədə Mətbuat Şurasının hesabatında deyilir.

Hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, yayımlanan materialların sayı kifayət qədər çoxdur.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası tərəfindən təbliğat xarakterli materialların monitorinqi də aparılıb.

Onun sözlərinə görə, 6 telekanalda saat 18:00-dan 01:00-a qədər seçkiqabağı təşviqat kampaniyası aparılıb. Sükut günündə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib:

"Prezidentliyə namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb. Televiziyalarda prezidentliyə namizədlərlə bağlı, əsasən, müsbət və bitərəf materiallar işıqlandırılıb".

Ə.Amaşov bildirib ki, Azərbaycan mediası seçkilərdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və seçkiləri əvvəlkindən daha peşəkar şəkildə işıqlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti