...

Kanadadakı Azərbaycan icması Helsinki Komissiyasının Azərbaycana qarşı dinləmələrinə etiraz edib

Siyasət Materials 18 May 2018 17:57 (UTC +04:00)
Kanadanın Vankuver şəhərindəki Azərbaycan icması Helsinki Komissiyasında Azərbaycana qarşı irəli sürülən ermənipərəst dinləmələrə etirazları davam etdirir.
Kanadadakı Azərbaycan icması Helsinki Komissiyasının Azərbaycana qarşı dinləmələrinə etiraz edib

Bakı. Trend:

Kanadanın Vankuver şəhərindəki Azərbaycan icması Helsinki Komissiyasında Azərbaycana qarşı irəli sürülən ermənipərəst dinləmələrə etirazları davam etdirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kanadada fəaliyyət göstərən “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin (AzSam) rəhbəri, siyasi elm xadimi Aslan Xalidi dinləmələrə qarşı etiraz bəyanatında Azərbaycan Respublikasında qanunun aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin, fundamental hüquq və azadlıqların qorunduğunu və mətbuat azadlığının tam şəkildə təmin olunduğunu diqqətə çatdırıb. Bəyanatda Azər­bay­canın xa­ri­ci si­ya­sət kur­sun­da dünyanın aparıcı ölkələri ilə ikitərəfli mü­na­si­bət­lə­rin qu­rul­ma­sı və in­ki­şaf et­di­ril­mə­si prio­ri­tet is­ti­qa­mət­lər­dən bi­ri­ kimi vurğulanıb.

A.Xalidi Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib: “Bu gün Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir”.

Məlumatda bildirilir ki, ABŞ Helsinki Komissiyasının Azərbaycana qarşı münasibəti bu günün reallıqlarına uyğun olmayan bir mövqedir. Son dövrlərdə ABŞ Konqresinin Helsinki Komissiyasının bəzi üzvlərinin erməni lobbisinin ən fəal tərəfdaşları kimi dəfələrlə Azərbaycanın əleyhinə mövqe nümayiş etdirmələrinin şahidi oluruq:

"Təəssüf ki, dövlətlər arasındakı münasibətlərin sərinləşməsində müxtəlif maraqlı dairələrin təsiri altına düşmüş Helsinki Komissiyası kimi qurumlar müəyyən rol oynayır. Məhz maraqlı qüvvələrinin təsiri nəticəsində Helsinki Komissiyası demokratiya yolu ilə gedən xalqların mənafelərini müdafiə etməkdən daha çox dünyanın müxtəlif regionlarında marağı olan müəyyən siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən quruma çevrilib.

Bütün bunlara baxmayaraq, Azərbaycanın bundan sonra da ölkədə insan hüquqlarının təmin olunması istiqamətində səylərini davam etdirəcəyi heç kimdə şübhə doğurmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti